Türk hamamı

Türk hamamları Qədim Osmanlı ənənələrinə əsaslanaraq hazırlanır, müalicəvi xarakter daşıyır.

Photo
Photo
Photo

Türk hamamları və başqa mədəniyyətlərə aid hamamlardan geniş istifadə olunur. Türk hamamı əsasən xüsusi üsullarla qızdırılan, içərisində isti və soyuq su olan, çimmək və xoş vaxt keçirmək üçün istifadə edilən bir binadır. Hamam təmizlik üçün istifadə edilərkən, bu mühitdəki yüksək rütubət və temperaturun bir çox xəstəliyə şəfa verdiyi düşünülür. Türk hamamında rütubət 80-90% civarındadır və bəzən daha yüksək dərəcələrə çatır. Orta hesabla türk hamamının temperaturu 40 C° ilə 50 C° arasındadır. Türk hamamlarında temperatur səviyyəsi və rütubət əzələlərin yumşalmasını və bədəndə rahatlıq hissini təmin edir. Buna görə də başda stress olmaqla türk hamamından istifadə bir çox problemin həlli olaraq görülür.

Xidmətdən istifadə etmək üçün müraciət edin